EN

Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə rapid və blits üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

AŞF-dən  90deqiqe.Az-a verilən məlumata görə, dekabrın 4-8-də İsveçrə sistemi üzrə təşkil olunacaq ölkə çempionatları 9 turdan ibarət olaraq.

Çempionatda kişilər arasında FIDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən yuxarı olan, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilərlər.

Yarışın ümumi mükafat fondu 10 000 manat təşkil edir. Bu məbləğin 6000 manatı kişilərin, 4000 manatı isə qadınların turnirində oynanılacaq.

Yarış sistemi və turların sayı iştirakçılardan asılı olaraq dəyişə bilər.

Qeyd edək ki, ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar Qətərdə keçiriləcək dünya çempionatına ezam olunacaqlar.

Chosen
11
14
90deqiqe.az

10Sources