EN

KİV: Rusiya dronları NATO bazasını hədəf alıb

Rusiyaya dronları NATO-nun Jeşuvdakı bazasına doğru uçurdu.

APA xəbər verir ki, bunu “Spiegel” və “Welt" nəşrlərinin araşdırmaları göstərib.

Nəşrlərin məlumatına görə, bazada Ukrayna ordusuna Qərb silahlarının çatdırılması həyata keçirilən logistika mərkəzi yerləşir.

"Əlimizdə olan məlumata əsaslanaraq hesab edirik ki, bu pilotsuz uçuş aparatları çox güman ki, NATO-nun hava məkanına qəsdən daxil olublar", – deyə Alyansın yüksək vəzifəli zabiti nəşrə bildirib.

Sentyabrın 10-u gecəsi Polşaya edilən dron hücumunu araşdıran jurnalistlər qeyd ediblər ki, NATO bazası ən azı 5 pilotsuz uçuş aparatının hədəfi olub. Onların qarşısını almaq üçün F-35 qırıcısı qaldırılıb, sonradan 3 dron vurulub, digər 2-si isə özləri yerə düşüblər.

Chosen
44
6
apa.az

7Sources