Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti keçmiş müdafiə naziri Xuanşer Burçuladzeni həbs edib.
“İki sahil” xəbər verir ki, Burçuladze məhkəmənin qərarı əsasında vəzifə səlahiyyətlərindən sui-istifadə və qeyri-qanuni gəlirlərin leqallaşdırılması ittihamı ilə saxlanılıb.
Hazırda istintaqın davam etdiyi, əlavə detalların yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi bildirilib.