Braziliya futbolunun əfsanəsi Ronaldinyonun oğlu Joao Mendes İngiltərənin “Hall Siti” klubuna transfer olunub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə Çempionşip təmsilçisinin rəsmi saytı məlumat yayıb. Azad agent statusunda olan cinah futbolçusu ilə 1 illik müqavilə imzalanıb.
Joao Mendes daha əvvəl İspaniyanın “Barselona” və İngiltərənin “Börnli” klublarının akademiyalarında çıxış edib.