ABŞ-da avqust ayına dair istehlak qiymətləri indeksi (CPI, inflyasiya göstəricisi) açıqlanıb.
Marja xəbər verir ki, Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozuna görə, aylıq inflyasiyanın 0,3% səviyyəsində gözlənilirdi. Lakin açıqlanan rəqəmlərə görə, avqustda istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4% artıb.
İllik inflyasiya isə proqnoza paralel olaraq 2,9% olub (istehlak qiymətləri indeksi 2025-ci ilin avqust ayında 2024-cü ilin avqust ayına istinadən 2,9% artıb). Baza inflyasiyalar üzrə də nəticələr proqnozlarla üst-üstə düşüb. Qida və enerji məhsulları çıxılan aylıq istehlak qiymətləri indeksi avqustda aylıq 0,3%, illik isə 3,1% artıb.