EN

Sevgilisinin transferi ilə bağlı qərarı verən "gözəllik kraliçası": Görün kimdir

Avqustun sonunda “Vulverhempton” müdafiə xəttini “Jirona”dan Ladislav Kreyç ilə gücləndirib.

Publika.az xəbər verir ki, amma bu transfer baş tutmaya da bilərdi. Səbəb isə futbolçunun sevgilisi Dominika Nemeçkova olub. O, cəmi bir il “Jirona”da çıxış etməsinə rəğmən, Kreyçi ilə birlikdə günəşli və rahat Kataloniyaya öyrəşmişdi. İngiltərənin yağışlı havasına köçmək Dominikanı tərəddüd qarşısında qoyub.

Hətta Ladislav transfer qərarını sevgilisindən soruşmalı olub. Uzun müzakirələrdən sonra Dominika razılığını verib və nəticədə “canavarlar”ın azarkeşləri yeni oyunçuya qovuşub.

Qeyd edək ki, Kreyçi “Vulverhempton” tarixində çıxış edən ilk çex futbolçu olacaq.

Dominika özü də diqqət mərkəzindədir. O, 2023-cü ildə ölkəsində “Miss International” gözəllik müsabiqəsinin qalibi olub və Yaponiyada keçirilən dünya finalında iştirak edib. Hərçənd "top-15"-ə düşməyib, buna baxmayaraq, Kreyçinin sevgilisi beynəlxalq səviyyədə tanınmış gözəllik kraliçasıdır. “Miss International” müsabiqəsi dünyanın ən böyük dörd gözəllik yarışından biri sayılır və iştirakçılar yalnız xarici görünüşlərinə görə deyil, həm də intellektual və mənəvi keyfiyyətlərinə görə qiymətləndirilirlər.

Beləliklə, “Vulverhempton” yalnız etibarlı müdafiəçi deyil, həm də gözəllik kraliçasının sevgilisini heyətinə qatmış oldu.

Publika.az

Chosen
46
39
publika.az

10Sources