“Məktəbli avtobusu layihəsi pilot olaraq həyata keçirilir. Növbəti tədris illərində sayı və istiqaməti artırılacaq”.
Hurriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
O bildirib ki, avtobus qiymətlərini dövlət müəyyənləşdirmir:
"Bu, özəl-dövlət partnyorluğudur, nazirliyin avtobusu yoxdur. Bu qiyməti dövlət müəyyən etmir. Biz də istəyirik ki, qiymətlər aşağı olsun. Buna valideyn qərar verir ki, övladını bu avtobusla göndərsin ya yox".
Bizim.Media