ain.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.
Amerikaya köçən aparıcı Hüsniyə Məhərrəmova Bakıda qədim məhəllələrin sökülməsinə etiraz edib.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı paylaşım edən Hüsniyyə məyus olduğunu bildirib:
"Bütün bu binalar sökülür. Ağıllı adam olsaydı, buranı çox qəşəng yerə çevirə bilərdi. Sonra deyirlər, niyə Bakıdan köçmüsünüz? Qoymusunuz Bakıda qalaq? Məhəlləyə baxın... Onu necə sökmək olar? Yerində də simasız, eybəcər "novostroyka", ya da ondan da eybəcər parklarınızı salırsınız. Şəhərimi məhv etdilər. Siz nə bilirsiniz Bakı nədir? Nə qədər öz ölkəni, şəhərini sevməyəsən ki, bunu edəsən" deyə, o bildirib.
Aysel
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.