EN

Çempionlar Liqasında iştirak edəcək “Birbaşa Bakı” üç oyunçu ilə anlaşıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Birbaşa Bakı" heyətinə üç yeni oyunçu cəlb edib

AZƏRTAC-ın əldə etdiyi məlumata görə, son ölkə çempionu Ramiz Çovdarov, Mehdi Rəsulov və Nicat Baxşıyevlə müqavilə imzalayıb.

Qeyd edək ki, "Birbaşa Bakı" F qrupunda "Red Star Belqrad" (Serbiya), "Portu" (Portuqaliya) və "Rımniku Vılça" (Rumıniya) komandaları ilə mübarizə aparacaq.

Chosen
1
5
azertag.az

6Sources