EN

Bu müəllimlər təltif olunacaqlar

Bu barədəAjans.az-a Nazirlikdən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində ümumilikdə 25 müəllim müxtəlif sahələr üzrə mükafatlandırılacaq. Namizədlərin seçimi müsabiqə yolu ilə aparılacaq və iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə təqdim edilən sənədlərin ekspertizası həyata keçiriləcək, ikinci mərhələdə isə namizədlər ixtisasları üzrə açıq dərs təqdim edəcəklər. Namizədlərin fəaliyyətinin qiymətləndirilməsi Ekspert Komissiyası tərəfindən aparılacaq, mübahisəli məsələlərə isə Apellyasiya Komissiyası baxacaq. Nəticələrə əsasən, ən yüksək bal toplamış 25 müəllim “Üzeyir Hacıbəyli Mükafatı”na layiq görüləcək.
Chosen
18
27
Ajans.az

10Sources