BAKI, 11 sentyabr. TELEQRAF
Sumqayıt şəhərində yaşayan Qubadlı rayon Məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə abadlıq işləri aparılacaq.
Teleqraf xəbər verir ki, sözügedən işlərlə əlaqədar Qubadli Rayon İcra Hakimiyyəti "Avtoyoltikintiservis" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə müqavilə bağlayıb. Müqavilənin şərtlərinə əsasən, "Avtoyoltikintiservis" MMC görəcəyi işlər qarşılığında 254 105 manat alacaq.
Müvafiq işlərin görülməsinə bu gündən start verilib, cari ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, , "Avtoyoltikintiservis" MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Məmmədov Ramin Adil oğludur.