EN

Cinayət işi açılan qalmaqallı qrupun bütün konsertləri ləğv edildi FOTO

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən həftə İstanbulda verdikləri konsertdən sonra istintaqa cəlb edilən "Manifest" üzvləri şərti olaraq sərbəst buraxılıblar.

Ölkə.Az xəbər verir ki, “Manifest” hadisələrdən sonra Türkiyə turnesini ləğv etdiyini açıqlayıb və pulların geri qaytarılacağı bildirilib.

Qeyd edək ki, Türkiyədə yeni fəaliyyətə başlayan “Manifest” musiqi qrupu barəsində cinayət işçi açılıb. Buna qrupun 18+ konsertində qeydə alınan görüntülər səbəb olub.

Konsertdə səhnə çıxışlarının ictimai əxlaq normalarına zidd olduğu iddia edilib və “nalayiq hərəkətlər” və “təşhirçilik” maddələri üzrə araşdırma aparılacağı bildirilib.

Baş verənlərdən sonra “Manifest” üzvləri (Esin Bahat, Lidya Pınar, Mina Solak, Sueda Uluca, Hilal Yelekçi, Zeynep Sude Oktay) və onun qurucusu Tolqa Akış “X” hesabını silib.

Billurə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
olke.az

4Sources