EN

Kosmosda sirli ulduz aşkar edilib

Astronomlar ilk dəfə belə maraqlı ağ cırtdan ulduzu kəşf ediblər. Yerdən 10 min işıq ili uzaqlıqda yerləşən “V Sagittae” ulduz özündən daha böyük səma cisminin maddəsini “udur”. Astronomlar prosesi Çilidəki Avropa Cənub Rəsədxanasının teleskopundan istifadə edərək müşahidə ediblər.

Tədqiqatçılar, həmçinin hər iki ulduzu əhatə edən qaz halqasını aşkar ediblər. “Bu parlaq qaz halqası göstərir ki, qoşa ulduz sistemini ömrünün son mərhələlərini yaşayır və fəlakətli finala doğru gedir”, - deyə tədqiqatın rəhbəri Pasi Hakala qeyd edib.

 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

4Sources