EN

"Polşa üzərində dron savaşı: NATO-nun zəif yeri üzə çıxıb" - "Deutsche Welle"

 
"NATO-nun zəifliyi, Moskvanın sınağı və Qərbin cavabındakı boşluqlar..."
 
Rusiya gecəyarısı Polşanın hava məkanına 19 pilotsuz uçuş aparatı göndərməklə yeni bir təhlükəli eskalasiyaya imza atdı.
 
Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.
 
NATO-nun reaksiyası və zəif həlqələri
MÉ™lumatda deyilir ki, bir neçə dron vurulsa da, çoxu PolÅŸaya Belarus É™razisindÉ™n daxil olub. Bu, müharibÉ™ baÅŸlayandan bÉ™ri ilk dÉ™fÉ™dir ki, belÉ™ kütlÉ™vi hücum birbaÅŸa Belarusdan hÉ™yata keçirilir. NATO baÅŸ katibi Mark Rütte insidentin qÉ™buledilmÉ™z olduÄŸunu bÉ™yan edÉ™rÉ™k, "NATO-nun hÉ™r qarış É™razisinin qorunacağına” söz verib. Paris vÉ™ Bratislava da PolÅŸaya hÉ™mrÉ™ylik göstÉ™rÉ™rÉ™k Rusiyanın tÉ™xribatını pislÉ™yib. 
 
Lakin hücum Alyansın hava hücumundan müdafiÉ™ sisteminin nÉ™ qÉ™dÉ™r kövrÉ™k olduÄŸunu ortaya qoyub. Almaniya kansleri Fridrix Mers açıq ÅŸÉ™kildÉ™ etiraf edib ki, NATO-nun hava müdafiÉ™si "iÅŸlÉ™yib,  amma lazım olduÄŸu qÉ™dÉ™r tÉ™sirli olmayıb". Onun sözlÉ™rinÉ™ görÉ™, bu zÉ™iflik hÉ™m NATO, hÉ™m dÉ™ Avropa İttifaqı daxilindÉ™ ciddi müzakirÉ™lÉ™r doÄŸuracaq.
Varşavanın mövqeyi və ittihamlar
 
Polşa hökuməti hadisəni təsadüfi kurs səhvi kimi deyil, şüurlu hücum kimi qiymətləndirir. Xarici işlər naziri Radoslav Sikorski açıq şəkildə deyib: "Rusiya bilərəkdən Polşanı hədəfə alıb, Kremlin inkarı isə yalandır". Baş nazir Donald Tusk isə NATO-nun 4-cü maddəsini işə salaraq Alyansla təcili məsləhətləşmələr tələb edib.
 
O, müttəfiqlərdən "hava məkanının müdafiəsi üçün daha güclü dəstək" gözlədiyini vurğulayıb. Maraqlıdır ki, Polşa ordusunun baş qərargah rəisi Belarusun hücumdan əvvəl dronların hərəkəti barədə xəbərdarlıq etdiyini açıqlayıb - bu, Minsk-Varşava münasibətləri fonunda gözlənilməz addım olub.
 
Zelenskinin xəbərdarlığı
 
Ukrayna prezidenti Vladimir Zelenski isə Qərbin reaksiyasını qeyri-adekvat hesab edib. Onun fikrincə, Moskva "mümkün olanın sərhədlərini yoxlayır" və NATO-nun zəif cəhətlərini ölçməyə çalışır. Zelenski xəbərdarlıq edib: əgər Alyansın cavabı yalnız bəyanatlarla məhdudlaşsa, Rusiya bundan yalnız ruhlanacaq.
 
Dron hücumu təsadüfi deyil, Moskvanın planlı təxribatı kimi görünür. Bu, həm Polşanı sınağa çəkir, həm də NATO-nun hava qalxanının real gücünü ölçür. İndi Qərb seçim qarşısındadır: ya daha ciddi müdafiə addımları atacaq, ya da Kremlin təxribatlarını yeni "adi hal" kimi qəbul etmək riskinə düşəcək.
Chosen
9
1
moderator.az

2Sources