Bu dəfə təqdim etdiyimiz mövzu nəqliyyata pulsuz, yəni biletsiz daxil olan şəxslərin daşıdığı məsuliyyətlə bağlıdır. Avtosfer.az xəbər verir ki, gündəlik həyatımızda bir çoxlarımız bu kimi hallara rast gəlmişik. Bəzi sərnişinlər ictimai nəqliyyata kart vurmadan daxil olmağa çalışır və ya daxil olur. Əgər, belə hal baş verərsə,İnzibati Xətalar Məcəlləsinin 319-cu maddəsinə əsasən, həmin şəxs şəhərdaxili (rayondaxili) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişin müvafiq qaydada ödəniş etmədən getməyə görə beş manat məbləğində cərimə edilir. Əgər bu hal şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda baş veribsə,bu zaman həmin şəxs on beş manat məbləğində cərimə edilir. Beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişin biletsiz getməyə görə-iyirmi beş manat ,dəmir yolu nəqliyyatında sərnişin biletsiz getməyə görə otuz manat , dəniz və çay nəqliyyatında sərnişin biletsiz getməyə görə-otuz beş manat, hava nəqliyyatında sərnişin biletsiz getməyə görə qırx manat məbləğində cərimə edilir. (oxu24.com)