EN

“Rusiya vergi artımlarını müzakirə edir” “The Bell”

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Rusiya hökuməti hərbi xərclərə görə artan büdcə kəsiri fonunda əlavə dəyər vergisinin (ƏDV) artırılmasını müzakirə edir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The Bell” mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, vergilər mütləq qaldırılacaq.

Mənbələr qeyd edirlər ki, ƏDV-nin artırılması ən çox ehtimal olunan variantlardan biri hesab olunur, sosial əhəmiyyətli kateqoriyalar üçün isə istisnalar olacaq.

Mənbələrdən biri təklif olunan artımla bağlı rəqəmləri adlandırıb – 20%-dən 22%-ə. Digər mənbə əlavə edib ki, mənfəət vergisi və fərdi gəlir vergisinin artırılması da daxil olmaqla, digər variantlar da müzakirə olunur. Mənfəət vergisi dərəcələri artıq 2025-ci il yanvarın 1-dən 20%-dən 25%-ə qaldırılıb. Həmin tarixdən maksimum 22%-lik fərdi gəlir vergisinin mütərəqqi miqyası tətbiq edilib.

Nəşr qeyd edir ki, hələlik yekun qərar yoxdur, lakin mənbələr vergilərin artırılmasına alternativ görmürlər. Nəşr əlavə edir ki, gələn ilin büdcə layihəsi adətən sentyabrın sonunda Dövlət Dumasına təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
2
yeniavaz.com

3Sources