EN

Pezeşkian: “Qınından çıxıb, qınını bəyənmirlər!” - VİDEO

İran Prezidenti Məsud Pezeşkian bu gün Ərdəbil əyalətinə səfəri çərçivəsində keçirilən iclasda maraqlı çıxışı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o, təhsil sistemindəki mövcud problemləri tənqid edərkən fikirlərini Azərbaycan dilində ifadə edib.

Pezeşkian bəzi məktəblərin ziyalılar yetişdirmək əvəzinə, cəmiyyətə təkəbbürlü insanlar qazandırdığını bildirib:

“Qınından çıxıb, qınını bəyənmirlər. Bu ifadənin tərcüməsi yoxdur. Biz bu torpağa mənsub olduğunu bilən öyrəncilər yetişdirməliyik. Problemlərimizi özümüz həll etməliyik, çünki bizim dərdimizə kənardan heç kim gəlib əlac qılmayacaq”.

O, təhsilə dair layihələrin həyata keçirilməsinə də toxunub:

"Onlar üçün məktəblər də qurduq. Amma onların 90 faizi ölkəni tərk edib”. (GUNAZ.TV)


Bizim.Media

Chosen
11
7
bizim.media

8Sources