BAKI, 11 sentyabr. TELEQRAF
ABŞ prezidentinin nümayəndəsi Con Koul Belarus lideri Aleksandr Lukaşenko ilə görüşdə ona prezident Donald Trampın hədiyyəsini - Ağ Evin təsviri olan qol düymələrini təqdim edib.
Teleqraf xəbər verir ki, barədə BELTA məlumat yayıb .
"Mən artıq Oval kabinetdən çıxırdım. O (Tramp) məni saxladı və soruşdu: "Gözləyin, dayanın, bunu prezidentə (Lukaşenkoya) verməyi unutmayın", - Koul deyib.
Lukaşenko isə hədiyyəyə belə münasibət bildirib: "Bəli, maraqlı qol düymələridir. Çalışacağam ki, borcum qalmasın".