Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ-yə ölkəsinə qarşı bəzi sanksiyaların ləğvinə görə təşəkkür edib.
Lukaşenko qeyd edib ki, sanksiyalar məsələsi əsas istiqamət olmasa da, vacibdir.
Bundan əvvəl Aleksandr Lukaşenko Minskdə ABŞ prezidentinin nümayəndəsi Con Koul ilə görüşüb.
Görüş zamanı nümayəndə Belarus Prezidentinə ABŞ-ın Belarusun “Belavia” aviaşirkətinə qarşı sanksiyaları ləğv etdiyini bildirib.
Bundan əvvəl Trampın nümayəndəsi ABŞ ilə Belarus arasında münasibətlərin normallaşması üçün şərti açıqlamışdı.