Gürcüstanın keçmiş müdafiə naziri Cuanşer Burçuladze korrupsiya ittihamı üzrə saxlanılıb.Bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.
“Vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz gəlirlərin leqallaşdırılması, eləcə də böyük məbləğdə gəlir əldə edilməsi ilə bağlı faktı üzrə məhkəmənin çıxardığı qətnamə əsasında keçmiş müdafiə naziri Cuanşer Burçuladze saxlanılıb”, - deyə məlumatda bildirilib.