Krasnodar Beynəlxalq Hava Limanı sentyabrın 11-də səhər saat 9-da fəaliyyətini bərpa edib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.
Krasnodar hava limanı Rusiyanın Ukraynaya müdaxiləsinin ilk günü - 24 fevral 2022-ci ildə “təhlükəsizlik məqsədilə” bağlanıb. O vaxtdan bəri ona mülki aviareyslər daxil olmayıb.
Nəqliyyat Nazirliyindən bildirilib ki, fasilə zamanı hava limanında təmir prosesi aparılıb.
Uçuşların sentyabrın 17-dən bərpa edəcəyini qeyd edilib.
Xatırladaq ki, Krasnodar tammiqyaslı Rusiya-Ukrayna müharibəsinin ilk günündə bağlanan Rusiyanın 13 hava limanından (ilhaq edilmiş Krımdakı Simferopol hava limanı da daxil olmaqla) biridir. İndiyədək ancaq Elista (2024-cü ilin mayında) və Gelendjik (2025-ci ilin iyulunda) hava limanları fəaliyyətini bərpa edib.