EN

Adını dəyişən, yeni sponsor tapan klub ÇALXALANIR! – Elə problemlər baş qaldırdı ki…

II Liqada yarışan «Şəki»də gözlənilməz hadisələr yaşanmaqdadır.

Bugünlərdə adını və loqosunu dəyişən, yeni sponsorun himayəsi altına keçən klubda birdən-birə maliyyə çətinliyi yaranıb.

Bu haqda komandanın futbolçuları məlumat verib.

Redaksiyamızla əlaqə saxlayan bir qrup oyunçu rəhbərliyin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini, aldadıldıqlarını bildiriblər.

Onların sözlərinə görə, avqust ayının əməkhaqları tam ödənilməyib: kimisi vəd olunmuş maaşın 50, kimisi də 40 faizini alıb.

Çempionatın açılış turunda səfərdə «Ağstafa gəncləri»nə 2:0 hesabıyla qalib gələn kollektiv onlara söz verilmiş mükafatın da ödənilməməsindən narazıdır.

Şikayətçilərin dediyinə görə, sosial şəbəkələrdə «Şəki»nin hərtərəfli təbliğatı aparılır, bütün işlərin yüksək səviyyədə görülməsinə dair təsəvvür yaradılır, ancaq bu, sadəcə, görüntü xarakterlidir, reallıq tam əksidir: futbolçuları bura gəlməyə razı salmaq üçün qida təminatını öz üzərinə götürmüş rəsmilər artıq yoxa çıxıb.

SPORTİNFO.AZ

Chosen
2
sportinfo.az

1Sources