EN

Ceyhun Sultanov: “Rəşad Sadıqov millinin baş məşqçisi olmağa ən real namizəddir”

“Futbol üzrə milli komandamızın yeni baş məşqçisi yerli mütəxəssis olmalıdır və Rəşad Sadıqov bu posta ən real namizəd olar”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında futbol eksperti, milli komandamızın keçmiş üzvü Ceyhun Sultanov deyib.

Onun sözlərinə görə yeni baş məşqçi yerli olsa belə ondan ilkin mərhələdə ciddi uğurlar gözləməyə dəyməz:

“Hal-hazırda elə bir vəziyyət yaranıb ki, milliyə mütləq yerli baş məşqçi gəlməlidir. Rəşad Sadıqovun namizədliyi daha çox hallanır, fikrimcə o, buna layiqdir, öz işi ilə yaxşı məşqçi olduğunu çoxdan sübut edib. Ancaq bu o demək deyil ki, o yığmaya gələndən sonra əla nəticələr qazanacaq. Əsla belə deyil.

Bu gün miliyə bir çox yerli mütəxəssislər rəhbərlik edə bilər.

Ancaq söhbət  sırf Rəşad Sadıqovdan gedirsə, fikrimcə ona etimad göstərsələr və zaman verilsə, ən azı hazırkı komandadan daha yaxşı kollektiv formalaşdıra bilər. Demirəm ki, dərhal qrupdan çıxacağıq. Ukrayna ilə oyun göstərdi ki, öz məşqçilərimizlə yığma daha yaxşı nəticələr qazana bilər. Bir daha deyirəm, kimi təyin edirlərsə etsinlər,  ancaq yerli məşqçi olsun”.

Rəşad Rafiqoğlu, Bizim.Media

Chosen
11
bizim.media

1Sources