ain.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp 11 sentyabr 2001-ci il terror aktlarının 24-cü ildönümü ilə bağlı keçirilən anım mərasimində çıxış edib.
Turkustan.az xəbər verir ki, Tramp terror hücumlarında həyatını itirənləri yad edərək ABŞ-ın bu cür hücumlarla bir daha qarşılaşmayacaq qədər güclü olduğunu vurğulayıb.Pentaqonda təşkil olunan mərasimdə danışan Tramp bildirib:"11 sentyabrı heç vaxt unutmayacağımıza dair müqəddəs andımızı bu gün bir daha təkrar edirik. O gün şəhid olan hər bir amerikalını hörmətlə anırıq."Tramp çıxışında ABŞ-ın terror təhlükəsinə qarşı əvvəlkindən daha hazırlıqlı və güclü olduğunu qeyd edib. O, rəhbərliyi dövründə bu istiqamətdə ciddi tədbirlər görüldüyünü vurğulayıb və Müdafiə Nazirliyinin adının dəyişdirilməsinə də toxunub:"Müharibə Nazirliyi anlayışı çox fərqli olacaq. Əgər bizə hücum etsəniz, sizi ovlayacağıq və qalib gələcəyik."O, çıxışının sonunda ABŞ-ın təhlükəsizlik baxımından tarixinin ən güclü mərhələsində olduğunu və bu gücün ölkəni yeni hücumlardan qoruyacağını iddia edib.
Aytən Yaşar/ Turkustan.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.