EN

“Birbaşa Bakı” yeni oyunçularla anlaşdı

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək “Birbaşa Bakı” heyətini gücləndirib.

90deqiqe.Az-ın məlumatına görə, paytaxt təmsilçisi son ölkə çempionu Ramiz Çovdarov, eləcə də Mehdi Rəsulov və Nicat Baxşıyevlə müqavilə imzalayıb.

Xatırladaq ki, “Birbaşa Bakı” turnirin F qrupunda Serbiyanın “Red Star Belqrad”, Portuqaliyanın “Portu” və Rumıniyanın “Rımniku Vılça” klubları ilə qarşılaşacaq.

Chosen
7
90deqiqe.az

1Sources