
ABŞ Prezidenti Donald Tramp ölümündən sonra sui-qəsd nəticəsində öldürülən mühafizəkar siyasi fəal Çarli Kirkə “Azadlıq üzrə Prezident Medalı” verəcək.
Yeniavaz.com xəbər verir ki, ölkə başçısı bunu 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarının qurbanlarının anım mərasimində deyib.
“Mən böyük məmnuniyyətlə elan edirəm ki, tezliklə Çarli Kirki ölümündən sonra “Azadlıq üzrə Prezident Medalı” ilə təltif edəcəyəm.