EN

Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən 4 nəfər həbs olunub

Ağdamda 16 yaşlı qıza qarşı cinsi zorakılıqda şübhəli bilinən dörd nəfər həbs edilib.

Avtosfer.az-ın məlumatına görə, Ağdam rayonunun Yuxarı Yüzbaşılı kəndində yaşayan 16 yaşlı qız bir neçə nəfər tərəfindən cinsi zorakılığa məruz qalması barədə ailəsinə xəbər verib. 

Zərərçəkən qızın ailəsi bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. 

Polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən 4 nəfər rayon sakini saxlanılaraq istintaqa təqdim olunub.

Chosen
21
24
avtosfer.az

10Sources