EN

Şəhid Quliyev Kənanın ad günü münasibətilə anım tədbiri keçirilib

11 sentyabrda Culfa şəhər Şəhidlər xiyabanında 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış döyüşçü Quliyev Kənan Vaqif oğlunun ad günü münasibətilə anım tədbiri keçirilib.

Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət Himni səsləndirilib.

Şəhidlərin ruhuna dualar oxunub. Məzarları üzərinə tər çiçəklər düzülüb.

Tədbirdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Culfa Rayon Polis Şöbəsinin rəhbər işçiləri, rayonun idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk olaraq söz şəhid Quliyev Firuzun anası Pərvanə anaya, Göydağlı Ramazanın atası Əbülfət ataya söz verilib.

Şəhid valideyinləri istər birinci, istərsə də ikinci Qarabağ müharibəsində gedən döyüşlərdə qəhrəmanlıq göstərmiş igid Vətən övladlarının göstərdiyi şücaət lərdən danışıblar.

Sonra tədbirində çıxış edən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən  Sara Hüseynova qeyd edib ki, “Şəhidlərimiz bizim qürur mənbəyimizdir.

Torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizi xalqımız heç vaxt unutmayacaq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnək olacaq, daim ehtiramla yad ediləcək.”

Digər çıxış edənlər bildiriblər ki, xalqımız öz qəhrəmanlarını heç vaxt unutmayacaq. Şəhidlərimizin göstərdiyi igidlik, fədakarlıq hər zaman xatırlanacaq.

Şəhid Quliyev Kənanın valideyinləri  göstərilən diqqət və ehtirama görə öz təşəkkürlərini bildiriblər.

Ruhun şad olsun qəhrəman!



Chosen
2
herbiand.az

1Sources