EN

Naxçıvanda güclü külək bədbəxt hadisəyə səbəb olub

Naxçıvan, 11 sentyabr, AZƏRTAC

Naxçıvan şəhərində güclü külək nəticəsində bədbəxt hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Belə ki, əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 1957-ci il təvəllüdlü Abbasova Zenfira Cəlil qızının başına düşüb.

Xəsarət alan 68 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyəti kafi qiymətləndirilir.

Chosen
17
20
azertag.az

10Sources