EN

Yeni QƏRAR: SABAH qruplarına qəbul bu cür aparılacaq

"SABAH qruplarına birinci kursdan qəbulun həyata keçirilməsi çox düzgün strategiyadır. Əvvəllər sabah qruplarına əsasən yuxarı kurslardan, daha yaxşı oxuyan, orta göstəriciləri yüksək olan tələbələr qəbul edilirdisə, indi artıq birinci kursdan qəbul prosesi müsbət addımdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Vüsal Kərimli deyib.

"Bunun üstün cəhəti ondadır ki, tələbələr daha əvvəlcədən xüsusi qruplara cəlb olunur, fərqlənirlər və nəticələri də göz qabağında olur. Bu, effektiv yanaşmadır, çünki birinci kursdan etibarən onlara daha peşəkar, daha keyfiyyətli təhsil veriləcək, bu da onları daha yüksək nailiyyətlər əldə etməyə həvəsləndirəcək".

O bildirib ki, bu qərar öz-özlüyündə çox müsbətdir və yaxın gələcəkdə də təsirləri daha aydın görünəcək:

"SABAH qruplarının sayının artırılması ümumi ali təhsil mühitinə də müsbət dinamika gətirəcək".


Qeyd edək ki, yeni qərara əsasən bu ildə etibarən SABAH qruplarına qəbul 1-ci kursdan aparılacaq.

Əfsanə Kamal
Demokrat.az
Chosen
8
1
demokrat.az

2Sources