EN

Köçkün alim nazirə çağırış etdi: Bu köçkünləri və söyənləri həbs edin!

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əslən Ağdamdan olan tanınmış alim, professor Zaur Əliyev daxili işlər nazirinə sosial şəbəkə üzərindən müraciət edib.

Bakupost.az xəbər verir ki, Z.Əliyev keçmiş məcburi köçkünlərə qarşı sosial şəbəkələrdə bəzilərinin apardığı kampaniyanı kəskin tənqid edib.

“Cənab nazir, sosial mediada məcburi köçkünlər əleyhinə başlanan təhqirlərə səbəb olan məlum çıxışların səbəbkarları barədə tədbir görməyinizi xahiş edirəm.

Biz məcburi köçkünlər olaraq şəxsi evlərə girib və çıxmaq qarşılığında pul istəyən köçkünlərə qarşı da tədbir görməyinizi xahiş edirik. Biz qarabağlılar olaraq bu addımı pisləyirik və belə şəxslərin cəzalandırılmasını tələb edirik. Bu başqa məsələdir. Lakin bunun fonunda Ağdamda kimsə döyüşməyib deyən və 6570 şəhidin haqqına girən şəxsin və məcburi köçkünləri ardıcıl şəkildə video paylaşaraq təhqir edən jurnalist və digərlərinin qanun qarşısında cavab verməsini də tələb edirik.

Çünki o çıxışlar evi zəbt edənlər fonunda ümumilikdə məcburi köçkünlərin ailələrinin, ölülərinin təhqir edilməsi ilə davam edir. Bizin daha söyüşlərə və təhqirlərə dözüm göstərmək niyyətimiz yoxdur”, - o bildirib.

Z.Əliyev qeyd edib ki, belə şəxslər söz azadlığı anlayışından sui-istifadə edərək, insanları kütləvi şəkildə təhqir edir.

Qeyd edək ki, vaxtilə məcburi köçkün kimi evə girmiş 2 ayrı-ayrı şəxsin ev sahibinin tələbinə və məhkəmə qərarına baxmayaraq, evdən çıxmadığı, 30 ildən çoxdur yaşadığı evdən çıxması üçün ev sahibindən külli miqdarda pul istədiyini əks etdirən səs yazıları yayılıb. Bu bir neçə fakta görə ümumilikdə keçmiş məcburi köçkünlərlə bağlı aşağılayacı ifadələrlə çağırışlar səsləndirənlər olub.

Asena,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
www.bakupost.az

1Sources