EN

Söyüşün insan sağlamlığına təsiri: Psixoloqlar gözlənilməz nəticələri açıqladı

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Cəmiyyətdə söyüş çox vaxt tabu sayılır. Bir zamanlar söyüş günah və ya küfr idi. Nəticədə söyüşün zərərli olması fikri daha da güclənib. Çox vaxt bədən və ağıl stresə və qəfil məyusluğa belə reaksiya verir. Bu baxımdan söyüş söymək sizin tərbiyənizin, xarakterinizin əksi deyil.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, uzun illərdir söyüşlərin mənfi, hətta zərərli hesab olunmasına baxmayaraq, son elmi araşdırmalar onların insan psixologiyası və sağlamlığına bəzi faydalarının ola biləcəyini göstərib. Söyüşün insana necə təsir etməsi ilə bağlı elmi yanaşma da var. 

Araşdırmalara görə, söyüş:

* fiziki gücü artırır;

* əsəblərin boşalmasına kömək edir;

* iş qabiliyyətini yüksəldir;

* ağrıya dözümlülüyü artırır.

2024-cü ildə aparılan eksperimentdə iştirakçılardan 10 saniyə ərzində ya söyüş, ya da neytral söz təkrarlamaları istənilib. Daha sonra onların diqqət səviyyəsi, əhvalı və motivasiyası test edilib, beyin fəaliyyətləri qeydə alınıb. Nəticədə, söyüş işlədənlərdə diqqət və məhsuldarlığın yüksəldiyi müşahidə olunub.

Bundan başqa, müxtəlif ölkələrdə aparılan tədqiqatlar göstərib ki, söyüş ağrıya qarşı dözümlülüyü artırır. Məsələn, ingilis dilində danışan iştirakçılar ağrı zamanı daha çox söyüş işlədir və bu da onların narahatlığa daha asan tab gətirməsinə kömək edir.

2022-ci ildə aparılan başqa bir araşdırma isə söyüşlərin pozitiv əhval-ruhiyyəni, yumor hissini və özünə inamı gücləndirdiyini üzə çıxarıb.

Mütəxəssislər bildirirlər ki, söyüş emosional gərginliyi azaltmaq üçün qısa müddətli sağlam üsul ola bilər. Lakin onun həddindən artıq və ya başqalarına qarşı təhqiramiz formada istifadəsi əks effekt verərək münasibətlərdə gərginlik yarada bilər.

Bu səbəbdən psixoloqlar söyüşü yalnız emosiyaları boşaltmaq üçün nadir hallarda və nəzarətli şəkildə istifadə etməyi, digər vaxtlarda isə nəfəs məşqləri, qısa istirahət və sakit mühit kimi alternativ üsullardan yararlanmağı məsləhət görürlər.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
qaynarinfo.az

1Sources