İsveç Xarici İşlər Nazirliyi Rusiyanın krallıqdakı səfirini çağırıb.
Axar.az xəbər verir ki, bu barədə İsveç XİN-in açıqlamasında deyilir.
"Bu gün, sentyabrın 11-də İsveç Xarici İşlər Nazirliyi Rusiyanın Stokholmdakı səfirini çağırıb. Bu, Rusiyanın sentyabrın 10-da Polşanın hava məkanını pozmasına etiraz olaraq edilib", - məlumatda deyilir.