EN

Azərbaycan Avropa və Asiya üzrə Regional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasına (SOCEA) sədrlik edəcək (FOTO)

Bakı. Trend:

11 sentyabr 2025-ci il tarixində Almatıda Avropa və Asiya üzrəRegional Hava Naviqasiya Təhlükəsizliyi Koordinasiya Platformasının(SOCEA) Baş Assambleyası keçirilib. Bu mühüm beynəlxalq forumAvropa və Orta Asiyanın müxtəlif ölkələrindən olan aeronaviqasiyaxidmət təminatçılarını (ANSP) bir araya gətirərək uçuşlarıntəhlükəsizliyi, hava hərəkəti axınlarının koordinasiyası vəregional hava məkanının rəqəmsal inteqrasiyası üzrə birgə həllərinhazırlanmasına xidmət edir.

Azərbaycanı tədbirdə AZCON Holding şirkətlərindən olan“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” HavaHərəkəti İdarəsi (AZANS) təmsil edir. AZANS hökumətlərarasıəməkdaşlığın genişləndirilməsi və ölkəmizin Avrasiya aeronaviqasiyaarxitekturasındakı rolunun möhkəmləndirilməsi istiqamətində ardıcılfəaliyyətini davam etdirir.

Almatı Baş toplantısında “Azəraeronaviqasiya” Hava Hərəkətiİdarəsinin direktoru SOCEA-nın Prezidenti seçilib və təşkilatınsədrlik səlahiyyətləri rəsmi olaraq Türkiyədən Azərbaycanaötürülüb. Bu addım Azərbaycanın Avrasiya miqyasında təhlükəsiz,qarşılıqlı uyğunlaşdırılmış və texnoloji baxımdan inkişaf etmişhava məkanının formalaşdırılmasındakı aparıcı rolunun beynəlxalqsəviyyədə tanınmasını bir daha təsdiqləyir.

SOCEA platforması 2023-cü ildə Azərbaycan və Türkiyənintəşəbbüsü ilə yaradılıb və fəaliyyətə başladığı vaxtdan etibarənuçuş təhlükəsizliyi strategiyalarının uyğunlaşdırılması, rəqəmsalhəllərin tətbiqi, eləcə də hava hərəkəti idarəetmə proseslərininregional səviyyədə inkişafı və standartlaşdırılmasına mühüm töhfəverib.

Hazırda SOCEA-ya Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan,Tacikistan və Qazaxıstanın aeronaviqasiya xidmət təminatçılarıdaxildir. Bu əməkdaşlıq regionun hava məkanında təhlükəsizlik vəeffektivlik üçün vahid yanaşma formalaşdırır.

SOCEA-nın inkişafı və gələcəkdə hava limanlarının da platformayaqoşulması, qlobal hava nəqliyyatı zəncirinin möhkəmləndirilməsibaxımından həyati əhəmiyyət kəsb edir. Türk Dövlətləri Təşkilatıçərçivəsində dəstəklənən bu əməkdaşlıq Avropa–Mərkəzi AsiyaRəqəmsal Səması (E-CADS) layihəsinin həyata keçirilməsinə yolaçacaq.

Bu təşəbbüs Avropa və Asiya arasında hava hərəkətiidarəetməsinin qarşılıqlı inteqrasiyasını təmin etməklə, uçuşlarıntəhlükəsizliyini, müntəzəmliyini və davamlılığını artıracaq.

Qeyd edək ki, Azərbaycan hava məkanı Şərqlə Qərb arasında əsastranzit dəhlizlərindən biridir və ildə 200 mindən çox uçuşa xidmətgöstərir. AZANS beynəlxalq tərəfdaşlıqların möhkəmləndirilməsi vəhava hərəkətinin idarə olunmasında müasir həllərin tətbiqiistiqamətində fəaliyyətini davam etdirəcək.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
38
15
az.trend.az

10Sources