Neftşalada bir yaşlı körpə ana qucağından düşərək ölüb.
"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun II Qaralı kəndində baş verib.
İlkin məlumata görə, kənd sakini, 2001-ci il təvəllüdlü Allahverdiyeva Şəbnəm Etibar qızı qucağında olan əkiz uşaqlarından biri - 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb. Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb.
Faktla bağlı araşdırma aparılır.
“Cebheinfo.az”