EN

"Bu oyuna da qələbə üçün çıxacağıq" - Vüqar Nadirov

2-ci Liqanın ilk turunda rəqib meydanında debütant "Şirvan"ı 2:1 hesabı ilə məğlub edən "Şəmkir" növbəti matçını evdə "Dinamo"ya qarşı keçirəcək. Qərb təmsilçisinin baş məşqçisi Vüqar Nadirovla əlaqə saxlayıb Gəncədə meydan sahibi qismində çıxacaqları oyundan nə gözlədiyini soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Dinamo" liqaya həmişə mübarizliyi ilə rəng qatıb. Onların heyətində gənc, perspektivli oyuncular var. Bizim üçün heç də asan rəqib deyil. Hər oyuna necə qələbə əzmiylə cıxmışıqsa, bu oyuna da qələbə uçün çıxacağıq. Məqsədimiz azarkeşlərimizi qələbə ilə sevindirməkdir".

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək "Şəmkir" - "Dinamo" matçının start fiti 16:00-da səsləndiriləcək.

Nihat

Chosen
3
1
fanat.az

2Sources