EN

Əli Babaei - “Səbail”in yeni hücumçusu!

Son olaraq Kosovonun “Dukagini” klubunda forma geyinmiş iranlı hücumçu Əli Babaei bundan sonra “Səbail”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə “dənizçilər”in rəsmi saytına istinadən xəbər verir.

“Səbail” 24 yaşlı forvardı azad agent kimi heyətinə qatıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Əli Babaei 2024-cü ilin yayında qoşulduğu “Dukagini”dən bu yay azad agent kimi ayrılmışdı. O, daha öncə Kosovoda “Ferizay”, Türkiyədə “Ankara Keçiörengücü”, İranda isə “Maşinsazi”, “Sepahan”, “Paykan” kimi klubların formasını geyinib.

Xatırladaq ki, “Səbail” ötən mövsüm Azərbaycan Premyer Liqasında topladığı 22 xalla sonuncu yeri tutaraq elita ilə vidalaşıb. “Dənizçilər” 2005/2026-cı illər mövsümündə Birinci Liqada mübarizə aparacaqlar. Sözügedən komanda sabah ilk tur çərçivəsində “Mingəçevir”i qəbul edəcək.

error: Məzmun qorunur!
Chosen
5
2
arena.az

10Sources