EN

61 yaşlı “qanuni oğru” infarktdan öldü

Kriminal dairələrdə “Damir Ufimski” kimi tanınan “qanuni oğru” Damir Timurqaleyev 61 yaşında qəfil dünyasını dəyişib. Məlumata görə, kriminal “general”ın ölümünə xroniki alkoqolizm zəminində yaranmış ürək tutması səbəb olub.

Lent.az xəbər verir ki, mərhum öz mühitində qeyri-adi bir şəxsiyyət sayılırdı. O, 16 yaşından etibarən təcridxanalar və zonalar arasında, o cümlədən Sterlitamak “maloyetka”sında vaxt keçirib.

Ümumilikdə 28 ildən çox həbs həyatı yaşayıb ki, onların 22 ili fasiləsiz – 1982-ci ildən 2004-cü ilə qədər davam edib. Ağır bədən xəsarətləri törətdiyinə görə həbs olunan və əvvəldən xuliqanlığa görə şərti cəzası olan Damir sonradan daha üç dəfə həbs olunub: 1984-cü ildə Ufada yenidən xuliqanlığa görə, 1990-cı ildə Salavatda – burada həm də “taclandırılıb” və xüsusilə təhlükəli təkrar cinayətkar kimi tanınıb, həmçinin 1995-ci ildə Bratskda qaçışa görə.

Chosen
9
3
azpost.info

4Sources