EN

“Qarabağ”dan ayrılan futbolçu sabiq klubuna qayıdıb

“Sabah” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

SİA-nın məlumatına görə, klubdanbildirilib ki, yarımmüdafiəçi Aleksey İsayev “Qarabağ” klubundan transfer edilib.

Futbolçu ilə ikiillik müqavilə bağlanıb. Aleksey daha öncə də “Sabah”ın uğurları üçün çalışıb. O, 2020-2024-cü illər aralığında komandanın üzvü olub. 29 yaşlı futbolçu “Sabah”da ümumilikdə 108 oyun keçirib, 12 qol vurub.

Chosen
8
2
sia.az

6Sources