EN

Çempionlar Liqasının finalını qəbul edəcək arena bəlli oldu

2027-ci ildə UEFA Çempionlar Liqasının finalı Madriddə keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

Qitənin ən nüfuzlu klub turnirinin həlledici görüşü “Atletiko”nun stadionu “Sivitas Metropolitano”da olacaq.

Adıçəkilən stadion 2019-cu ildə də Çempionlar Liqasının finalını qəbul etmişdi.

Qeyd edək ki, 2027-ci ildə keçiriləcək final oyunununu təşkil etməyə Bakı Olimpiya Stadionunun da namizədliyi verilmişdi.

Chosen
11
operativmedia.az

1Sources