EN

Leysan yağışları ictimai nəqliyyatın və metronun işində ciddi problemlər yaradıb - FOTO

Sentyabrın 11-də Gürcüstan ərazisində yağan leysan yağışları, dolu və güclü külək bir sıra fəsadlara yol açıb. Avtosfer.az xəbər verir ki, paytaxt Tbilisidə ictimai nəqliyyatın və metronun işində ciddi problemlər yaradıb. Bəzi küçələri su basıb, bəzi binaların birinci mərtəbələrinə, xüsusən də ictimai iaşə obyektlərinə su dolub. Tbilisinin Vake və Saburtalo rayonlarına daha çox ziyan dəyib. Metronun “Tibb Universiteti” stansiyasında acınacaqlı vəziyyət yaranıb.

Kvareli bələdiyyəsi ərazisinə düşən dolu isə kənd təsərrüfatı sahələrinə, xüsusən də üzüm bağlarına ciddi ziyan vurub. Hektarlarla əkin sahəsində və üzüm bağında məhsul tamamilə məhv olub.

Qərb bölgəsində isə torpaq sürüşməsi aktivləşib. Aramsız yağan leysan yağışları dəymiş ziyanın tam miqyasını öyrənməyə imkan vermir.

Sinoptiklər kəskin hava şəraitinin sentyabrın 14-dək davam edəcəyini bildirirlər.

Chosen
16
3
avtosfer.az

4Sources