İsrailin iştirakına icazə verilərsə, İrlandiya 2026-cı ildə keçiriləcək Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcək.
Milli.Az xəbər verir ki, bu barədə RTE telekanalı məlumat yayıb.
"RTE-nin mövqeyi ondan ibarətdir ki, İsrail iştirak edəcəyi təqdirdə İrlandiya "Avroviziya 2026" Mahnı Müsabiqəsində iştirak etməyəcək və İrlandiyanın iştirakı ilə bağlı yekun qərar Avropa Yayım Birliyinin qərarından sonra veriləcək", - deyə telekanalın bəyanatında bildirilir.
RTE-nin baş direktoru Kevin Bakhert qeyd edib ki, Qəzzada davam edən dəhşətli insan ölümləri fonunda İsrailin bu yarışmada iştirakı qəbuledilməzdir. (axar.az)
Milli.Az