EN

Macarıstan Ukrayna qarşısında bir sıra tələblər irəli sürüb

Macarıstanın xarici işlər naziri Peter Siyarto Ukrayna Baş nazirinin müavini Taras Kaçka ilə görüşdə bir sıra tələblər irəli sürüb.

7Times.az xəbər verir ki, bu barədə Siyarto özünün “X” hesabında bildirib.

“Biz ümumilikdə 11 məsələni qeyd etdik ki, bunların hamısı bir məqsədə xidmət edir: Ukrayna 2015-ci ildən əvvəl mövcud olan bütün hüquqları – Zakarpatyeda yaşayan macar icmasının hüquqlarını geri qaytarmalıdır. Əgər antikorrupsiya qanunu Avropa İttifaqının təzyiqi ilə ləğv edilə bilirsə, bu işi də görmək olar. Mən Ukraynanı “Drujba” boru xəttinə hücumları dayandırmağa çağırdım. Bu hücumlar Rusiyaya yox, bizə ziyan vurur. Macarıstan Ukraynanın elektrik idxlatanının 40%-ni, qaz idxalatının isə 50%-ni təmin edir”, – Siyarto qeyd edib.

Macarıstan XİN rəhbəri vurğulayıb ki, Ukraynanın Aİ-yə üzvlüyü qəbuledilməz risklərə səbəb ola bilər: “Bura Aİ-nin müharibəyə çəkilməsi də daxildir. Biz Ukrayna ilə yaxşı əlaqələr qurmaq istəyirik, amma öz milli maraqlarımızdan əl çəkən deyilik. Macarıstan-Ukrayna əlaqələrinin gələcəyi təkcə Kiyevdən asılıdır”.

APA

Chosen
8
1
7times.az

2Sources