EN

Ballak Nik Voltemadeyin transferini şərh etdi

Almaniya millisinin sabiq futbolçusu Mixael Ballak Nik Voltemadeyin İngiltərənin “Nyukasl” klubuna keçidi ilə bağlı fikirlərini bölüşüb. 

90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, sabiq futbolçu bildirib ki, “Bavariya” Voltemadeylə maraqlansa da, nəhayət onu almamağa qərar verib:

“Virts üçün “Bavariya” 100 milyon avroya qədər təklif verməyə hazır idi. Amma Voltemadeyin vəziyyəti fərqlidir. Klub uzun illər borca girmədən böyük uğurlar qazanıb. Ona görə də başa düşürəm ki, “Bavariya” Voltemadey üçün 55 milyondan artıq ödəmək istəmədi. Onların fikrincə, oyunçu bundan dəyərli deyildi”.

Xatırladaq ki, 23 yaşlı yarımmüdafiəçi “Ştutqart”dan “Nyukasl”a 90 milyon avro (85+5 bonus) qarşılığında transfer olunub. Keçən mövsüm Voltemadey klub səviyyəsində 33 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
34
90deqiqe.az

1Sources