EN

Husilər İsrailin Negev səhrasındakı hərbi obyektinə zərbələr endirib

“Ənsar Allah” üsyançı hərəkatından olan yəmənli husilər İsrailin Negev səhrasındakı hərbi obyektinə “hipersonik ballistik raket”lə hücum edib.

Teleqraf xəbər verir ki, bu barədə üsyançıların yaratdığı silahlı qüvvələrin sözçüsü Yəhya Sariya bildirib.

"Yəmən silahlı qüvvələrinin raket qüvvələri əməliyyat keçirərək İsrailin Negev bölgəsindəki hərbi obyektinə hücum edib. İşğal olunmuş ərazilərə zərbə "Fələstin-2" hipersəs ballistik raketi ilə həyata keçirilib. Əməliyyat öz məqsədinə uğurla nail olub", - hərəkatın nümayəndəsi husilərə məxsus " Al Masirah" telekanalında bildirib .

Onun sözlərinə görə, üsyançı qüvvələr həmçinin İsrailə doğru üç pilotsuz təyyarə ilə hücum ediblər. Onlardan ikisi Eylat şəhəri yaxınlığındakı Ramon hava limanına, üçüncüsü isə raket zərbəsinə məruz qalan Negevdəki eyni hərbi obyektə yönəlib.

İsrail ordusu daha əvvəl Yəməndən atılan bir raket və bir pilotsuz təyyarəni ələ keçirdiyini bildirmişdi. İsrailin bəzi bölgələrində hava hücumu sirenləri səslənib.

Chosen
29
4
teleqraf.com

6Sources