EN

Sərxoş halda qəza törətdi, adam öldü - Qubada dəhşətli qəzanın TƏFƏRRÜATI

Sərxoş halda qəza törədərək ölümə səbəb olan şəxs həbsə göndərilib.

Far.Az-in məlumatına görə, hadisə 2024-cü ilin oktyabrında Quba-Xaçmaz avtomobil yolunun Zərdabi kəndi ərazisində baş verib.

Belə ki, Mehman Əliyev (soyad şərtidir) sərxoş halda və sürücülük vəsiqəsi olmadan "Hyundai Elantra" markalı avtomobili 70 km/saat sürətlə idarə edib. Yol hərəkəti qaydalarını pozaraq idarəetməni itirib, avtomobil yol kənarındakı ağaca çırpılıb.

Nəticədə qabaq oturacaqda əyləşən sərnişin Zaur (ad şərtidir) sağ bud sümüyünün qapalı sınığı, ürəyin tamponadası və qansızmalar kimi həyat üçün təhlükəli ağır xəsarətlər alaraq hadisə yerində vəfat edib.

Məhkəmədə Mehman Əliyev ittihamı qismən qəbul edib və əməlindən peşman olduğunu bildirib. O, hadisəni təfərrüatlı təsvir edərək içki qəbul etdiyini, lakin sürətin 100-110 km/saat olduğunu, yolun yaş olduğunu iddia edib. Zaurun hüquqi varisi məhkəmədə Mehmandan şikayətinin olmadığını qeyd edib. Şahidlər, ekspertiza rəyləri və yol-nəqliyyat hadisəsi materialları hadisəni təsdiqləyib.

İbtidai istintaq əməli Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi (yol hərəkəti qaydalarının sərxoş halda və hüquqsuz pozulması nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə tövsif edib. Cəza təyin edərkən yüngülləşdirici hallar nəzərə alınmayıb, ağırlaşdırıcı hallar müəyyən edilməyib.

Mehmanın ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması və ailə vəziyyəti nəzərə alınıb, lakin məhkəmə real cəza çəkməklə islah olunacağını qərara alıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi sərxoş halda və sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törətməkdə və sərnişinin ölümünə səbəb olmaqda təqsirli bilinən Mehman Əliyev 6 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edib.

Chosen
8
far.az

1Sources