
Bu gün səhər saatlarında başlayan güclü leysan nəticəsində çaylara sel gəlib.
Reyting.az APA-ya istinadla bildirir ki, sel nəticəsində Qubanın Söhüb kəndinə aparan körpülərdən biri dağılıb.
Körpünün bir hissəsini sel suları yuyaraq aparıb. Hazırda şimal bölgəsində yağıntılı hava şəraiti davam edir.