EN

Netanyahu Fələstin dövlətinin yaradılmasına icazə verməyəcəyinə söz verib

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu dünyanın Fələstindövlətinin olmasının qarşısını almaq üçün verdiyi vədi yerinəyetirəcəyini bildirib.

Trend-inməlumatına görə, bu barədə İsrailin baş naziri İordan çayının qərbsahilinə səfəri zamani deyib.

"Fələstin dövlətinin olmayacağına dair vədimizi yerinəyetirəcəyik. Bu yer bizə məxsusdur. Biz irsimizi, torpağımızı vətəhlükəsizliyimizi qoruyacağıq", - deyə o bildirib.

Qeyd edək ki, avqust ayında İsrail Mülki Administrasiyasınınplanlaşdırma komitəsi İordan çayının qərb sahilində genişmiqyaslıyeni qəsəbələrin tikintisini nəzərdə tutan E1 Layihəsinitəsdiqləyib.

Chosen
20
3
az.trend.az

2Sources