EN

Rusiyalı aktrisa Tamara Urjumova vəfat edib

“Ömrümün qalan hissəsinə” filmindəki rolu ilə məşhurlaşan Tamara Urjumova 80 yaşında vəfat edib.Bu, sentyabrın 11-də məlum olub.

Qaziler.az “Kino-teatr.ru” portalının məlumatına görə, aktrisa avqustun 2-də dünyasını dəyişib, lakin bu barədə məlumat yalnız indi məlum olub. Ömrünün son illərində o, filmlərdə rol almayıb, tənha həyat sürüb. Urjumovanın ölümünün səbəbləri və şəraiti rəsmi olaraq açıqlanmır.

Urjumova Leninqrad Teatr İnstitutunu bitirib. 21 yaşında aktrisaya aşiq olan yazıçı Sergey Dovlatovla tanış olur və ona doqquz şəxsi məktub yazsa da hissləri cavabsız qalıb.

Urjumovanın kino debütü 1969-cu ildə baş tutub və o, “Ağ gecələrlə vida” filmindəki Kira obrazı ilə geniş tanınıb. 1974-cü ildə "İnqilabdan doğulmuşlar" teleserialında, bir il sonra isə "Ömrümün qalan hissəsinə" filmində çəkilib. Bundan başqa, aktrisa "Klim Samqinin həyatı", "Siz kimsiz, qocalar?", "Proxindiada 2", "İmperator romantikası", "Totalitar romantizm" və "Puşkin. Son duel" filmlərində rol alıb.

QAZİLER.AZ

Chosen
2
qaziler.az

1Sources