EN

Dünyanın ilk “Süni İntellekt naziri”

Albaniyada süni intellekt (Aİ) əsasında yaradılmış “Diella” adlı model dövlət satınalmalarına cavabdeh olan “Süni İntellekt naziri” kimi istifadə olunacaq.

Publika.az "Telegrafi"yə istinadla xəbər verir ki, “Diella” adı albanca “günəş” mənasını verir və qadın adıdır.

Albaniyanın Baş naziri Edi Rama bildirib ki, “Diella” hökumətin fiziki mövcudluğu olmayan ilk üzvüdür. Onun sözlərinə görə, bu model süni intellekt bazasında virtual şəkildə yaradılıb.

Baş nazirin açıqlamasına görə, Aİ modeli dövlət tenderlərini idarə edəcək və məqsəd “100% rüşvətə qarşı dayanıqlı” bir satınalma sistemi qurmaqdır.

Chosen
4
publika.az

1Sources